Əsas Səhifə > Slayd > CAVİD Qurbanov

CAVİD Qurbanov


19-09-2017, 13:08

 Image result for cavid qurbanov

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov 59 yaşı yamam olub. 

 AzerTaym.az saytının məlumatına görə, C.Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1975-ci ildə Kəlbəcər rayonunda orta məktəbii bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru işləyib.

1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb.  

1980-1981-ci illərdə “Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 

1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib.

Daha sonra isə 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 

1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb. 
2007-ci ilin fevral ayında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsində işləməyə başlayıb.
09.02. 2015-ci il tarixindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutur.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Texniki elmlər namizədidir.

C.Qurbanov Yeni Azərbaycan Partiyasının üzvüdür.


Geri qayıt