Əsas Səhifə > Slayd > Türkman liderdən

Türkman liderdən


23-09-2017, 22:03

Türkman liderdən referendum açıqlaması: Boykot edirik

İraq Kürd Muxtariyyətinin müstəqillik referendumuna qarşıyıq.

Axar.az xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi deyib.
"Kürd səlahiyyətlilərə dedik ki, türkman bölgələrinə seçki qutularına gətirməyin. Bu günə qədər türkman bölgələrinə seçki qutuları gətirilməyib. Türkmanlar referendumu boykot edəcək", - Salihi söyləyib.
Qeyd edək ki, Cəlal Tələbaninin oğlu Pavel Tələbani İKM-nin referendumu təxirə saldığını iddia edib. İKM-dən verilən rəsmi açıqlamada isə sözügedən məlumat təkzib edilib.


Geri qayıt