Əsas Səhifə > Slayd > Azərbaycanın Türkiyədəki
Azərbaycanın Türkiyədəki25-09-2017, 16:18 |
Sentyabrın 12-də pezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Faiq Bağırov Azərbaycan Respublikasının Türkiyə və eyni zamanda Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun diplomatiya sahəsindən həmişəlik uzalaşacağı barədə söz-söhbət yayılıb. “Yeni iş və plan barədə nəsə danışmaq mənim üçün çox tezdir. Bu haqda daha sonra danışarıq”. “Faiq Bağırovu yenidən diplomatik sahədə görə biləcəyikmi” sualına keçmiş səfirin reaksiyası belə olub. Qeyd edək ki, Faiq Nüsrət oğlu Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl isə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib. Geri qayıt |