Əsas Səhifə > Slayd > QARA CÜMƏ GÜNÜ… – BDU-nun dosentindən
QARA CÜMƏ GÜNÜ… – BDU-nun dosentindən18-10-2017, 20:12 |
Məlum olduğu kimi, bir qədər əvvəl Azərbaycanda 2019-cu ildən başlayaraq buraxılış və qəbul imtahanlarının yeni modellə keçiriləcəyi açıqlanıb. Bu qərarın uzun müzakirlərdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə alındığı bəyan edilib. Yeni modelin bəzi detalları da artıq açıqlanıb. Buraxılış mtahanlarının hansı fənlərdən olacağı, abituriyentlərin hansı qrup üzrə hansı fənlərdən qəbul imtahanı verəcəyi, sualların necə tərtib olunacağı, balların necə hesablanacağı və sair haqda ilkin məlumatlar verilib. Bakı Dövlət Universitetinin dosenti, “Şöhrət” Ordenli müəllim Ramin Mahmudzadə yeni modellə bağlı öz fikirlərini təhsil naziri Mikayıl Cabbarov və Dövlət İmtahan Mərkəzinin İcraçı Direktoru Məleykə Abbaszadəyə “Açıq Məktub”unda bildirib. Onun “AzPolitika.info”ya göndərdiyi məktubu kiçik ixtisarla dərc edirik: “Şagirdlər bu qədər yükün altında öz uşaqlıq həyatlarından məhrum olurlar”Hörmətli Cənab Nazir və Xanım Sədr! İnanıram ki, dediklərimi sağlam və adekvat şəkidə qəbul edəcəksiniz. Biz Sizinlə eyni məqsədə xidmət edirik: öz vətənini sevən, onun çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən, yaradıcı və savadlı gənclərimizin yetişdirilməsi əsas vəzifəmizdir. Xarakterik cəhət ondadır ki, bu gənclər orta məktəbi bitirdikdən sonra I sinfə qəbul olduqları texniki və sosial mühitdən tamamilə fərqlənən, yeni bir mühitdə yaşamalı olacaqlar. Siz təsəvvür edirsinizmi ki, yeni mühitə uyğunlaşmaq üçün gənc oğlan və qızlarımız hansı intellek ehtiyatına, mənəvi varlığa və savada malik olmalı, yaxud onları qazanmalıdırlar? Təhsilimizi test təhsilinə çevirməklə şagirdlərə nə verə bilərik?Səhv başa düşülməmək üçün test barədə fikirlərimə aydınlıq gətirmək istərdim. Mənim üçün test bəzi biliklərin yoxlanması üçün bir vasitədir. O, xüsusilə, kütləvi yoxlamalar və fərdi özünü qiymətləndirmə üçün əlverişlidir. Test biliklərin universal yoxlama üsulu deyil. Yaradıcı təfəkkürü qiymətləndirmək çox çətindir, test vasitəsilə isə demək olar ki, heç mümkün deyil. Lakin testlərdən əsas pedaqoji təlim üsulu kimi istifadə etmək təhsilimizi TEST TƏHSİLİNƏ çevirmək deməkdir. Biz isə bunu artıq 26 ildir ki, tətbiq edirik. Bu gün hətta orta siniflərdə dərs deyən müəllimlər də öz fənnlərini testlər əsasında tədris edirlər. Belə müəllimlər öz şagirdlərinə nə verə bilər? I qrup üzrə kimyadan imtahan salınması nəyə lazımdır?İndi isə bugünkü əsas problemə qayidaq. 29 sentyabr mənim yaddaşımda QARA CÜMƏ kimi qaldı. Həmin gün mən bütün qruplar üzrə 2019-cu il qəbul imtahanlarının siyahısı ilə tanış oldum. Yenə də I qrup üzrə hamının KİMYADAN imtahan verəcəyini görəndə dəhşətə gəldim! Axı bu necə ola bilər?! İki il əvvəl hörmətli Sədr məni əmin etmişdi ki, bu problemi gözəl başa düşür və 2019-cu ildən etibarən hər şey dəyişəcək. Təhsil Nazirliyinin əməkdaşları da məni arxayın salmışdılar ki, 2019-cu ildə artıq hər şey öz yerini tutacaq. Bu yerdə mən ara ifadələrini işlətməkdən özümü saxlaya bilmirəm (hərçənd ki, bu cür ifadələri işlətmirəm) – deməli, məni sadəcə, “yola vermişdilər”. Ölkə 1992-ci illə müqayisə olunmaz dərəcədə dəyişmişdir. İnformasiya texnologiyaları böyük sürətlə tədqiqat və sənaye texnologiyalarının prioritet istiqamətinə çevrilir. İndi artıq hamıya aydındır ki, informasiya texnologiyalarının inkişafına nail olmadan nə ölkənin müdafiə qabiliyyəti, nə onun informasiya təhlükəsizliyi, nə də ölkə vətəndaşlarının normal həyat tərzi təmin oluna bilməz. Mütəxəssislər yetişdirmədən isə ölkədə inkişaf etmiş informasiya texnologiyalarına nail olmaq mümkün deyil. Möhtərəm Prezidentimiz də bu barədə dəfələrlə göstərişlər vermiş, qərarlar qəbul etmişdir. Buyurun, Möhtərəm Prezidentimizin qəbul etdiyi qərarları, göstəriş və tapşırıqlarını yenidə oxuya bilərsniz. Beləliklə, birinci məsələ – kimya barədəArtiq biz neçə ildir ki, təkrar-təkrar deyirik: riyaziyyat və kompüter ixtisaslarına qəbul imtahanlarına bu ixtisaslarda tədris olunmayan KİMYA fənninin əvəzinə, həmin fakültələrdə tədris olunan İNFORMATİKA fənnindən suallar salınmalıdır. Çox aydın və sadə bir məntiqdir. İkinci məsələ – informatika barədəMən əvvəlcə, Xanım Sədrə müraciət etmək istərdim. Üçüncü məsələ – 04.10.17 tarixində keçirilmiş “açıq dərs” barədəBu “Açıq dərs” verilişinin qonaqları DİM və Təhsil Nazirliyinin nümayındələri idi. Onların hər ikisi yaxşı və yaxın tanışlarımdandırlar (qoy onlar mənim yazacaqlarımdan inciməsinlər). Təhsil Nazirliyinin nümayəndəsi informatikanın imtahana salnmaması barədə verilmiş sualdan ümumi sözlər və hansısa rəqəmlərlə yaxa qurtarmağa çalışdı. Ona məsləhət görərdim ki, qəbul ixtisasları arasında İnformasiya Texnologiyaları ixtisaslarının statistikasına nəzər salsın və bu qrupun bütün digər fənn qrupları arasında ən böyük olduğuna əmin olsun. Xanım Sədr, Cənab Nazir, doğrudur, bundan sonra mətbuatda çıxış etdiniz. Belə məlum oldu ki, imtahan veriləcək fənlərin böyük tədqiqatlar nəticəsində müəyyən olunan siyahısı birgə qərarınızla təsdiq edilmişdir. Belə bir məsləhətim var: DİM Təhsil Nazirliyinə “İnformatika Problemləri İnstitutu” yaratmağı təklif edir. 10-15 illik intensiv və geniş tədqiqatlar nəticəsində İnformatika sahəsində yeni problemlər yarat-dıqdan sonra onun adını dəyişib “İnformatika İnstitutu” qoyulsun ki, o da bu fənnin imtahana daxil edilməsinə çalışsın. Ən nəhayət, dördüncü – sonuncu məsələSizin belə qərar qəbul etməyinizin iki səbəbini görürəm: 2. Yeni bir fənnin daxil edilməsi əlavə olaraq həm maliyyə, həm də insan resursları tələb edir. Test bankları yaratmaq, testləri təhlil etmək, normal testləri yaradan pedaqoqlar tapmaq, bu pe¬daqoqlara əmək haqqı vermək və s. Sizdə isə bütün bu işlərə əlavə maliyyə çatışmır. Əgər bu belədirsə, açıqca deyin. Beləliklə, qərar qəbul olunub. Qərar isə doğru qərar deyil. Mən inanıram ki, vaxt gələcək, daha düzgün qərar qəbul olunacaqdır. Lakin ölkəmizin TƏHSİLİ TARİXİNƏ 29 sentyabr 2017 ci il – Qara Cümə günü kimi daxil olacaqdır. Sizin başqa böyük işlərinizə hörmətlə, P.S. Məktubda qeyd olunanlarla bağlı Dövlət İmtahan Mərkəzi(DİM) və Təhsil Nazirliyinin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |