Əsas Səhifə > Slayd > Jirinovskidən Qarabağ və

Jirinovskidən Qarabağ və


20-10-2017, 08:23

Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.

Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində “Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır:

“Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur".

Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.

“Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır" – deyə deputat bildirib.

Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir. “Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin "şəhər respublikaları" və "kənd dövlətləri" kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır”, – deyə Dumanın deputatı bildirib.


Geri qayıt