Əsas Səhifə > Slayd > Şəmistan Əlizamanlının mahnısı

Şəmistan Əlizamanlının mahnısı

20-10-2017, 18:40

shemistan

Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni  Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb.

Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.

Gununsesi.info Turkustan.info-ya istinadən  xəbər verir ki,  Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun sonunda titrdə Şəmistan Əlizamanlıya təşəkkür edir.

Turkustan.info-ya açıqlamasında Ş.Əlizamanlı qardaş ölkədə mahnısına göstərilən bu cür diqqət və sevgidən məmnun olduğunu söyləyib: “Təqdim etdiyimiz bir çox mahnılarımız Türkiyədə, Türk dünyasında sevilir, dinlənilir. Bu mahnının son vaxtlar Türkiyədə yenidən canlandırılması bizi məmnun etdi”.

Geri qayıt