Əsas Səhifə > Slayd > “Rusiya bütün UKRAYNANI tutacaq” -

“Rusiya bütün UKRAYNANI tutacaq” -


11-12-2017, 11:26

“Rusiya bütün Ukraynanı tutacaq” - ABŞ-dan SOS

“Ukrayna ABŞ-dan “Cavelin” tank əleyhinə raket komplekslərini alarsa, Ukrayna Silahlı qüvvələri Donbasda müdafiə xəttini möhkəmləndirə bilər”.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, belə bəyanatla ABŞ-ın müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter çıxış edib.

Onun sözlərinə görə, əks təqdirdə Rusiya bütün Ukraynanı tuta bilər.

“ABŞ Ukraynaya “Cavelin” tank əleyhinə raket komplekslərini verərsə, vəziyyət başqa cür görünəcək. Rusiya müdafiə xəttini keçə bilməyəcək. Biz Ukrayna əsgərlərinə öz torpaqlarını müdafiə etməyə kömək etməliyik. Biz bunu etməsək, Rusiya sadəcə bütün Ukraynanı tutacaq. O heç bir məhdudiyyət və sərhəd tanımayacaq”, - Karpenter bildirib.

O əmindir ki, “Cavelin”i Ukraynaya verməklə Birləşmiş Ştatlar düzgün qərar qəbul etmiş olacaq.


Geri qayıt