Əsas Səhifə > Slayd > Xameneinin ailəsi ölkədən QAÇDI

Xameneinin ailəsi ölkədən QAÇDI


4-01-2018, 12:06

Xameneinin ailəsi ölkədən qaçdı - İran üçün DƏHŞƏTLİ İKİ SSENARİ

İranın ali dini lideri Əli Xamenei təhlükəsizlik məqsədilə ailəsini Türkiyəyə göndərib.

Publika.az
 xəbər verir ki, bu iddia ilə Rusiyanın Yaxın Şərq üzrə tanınmış ekspertlərindən olan Aleksandr Şumilin çıxış edib.


Onun iddialarına görə, İranın bir sıra şəhərində əhali silahlanaraq İnqilab Keşişçiləri Korpusunun postlarını ələ keçirməyə başlayıb: “Əldə etdiyim məlumatlara görə, üsyançılar mollalara çox hirslidir. Hətta Xameneinin ailəsini Türkiyəyə göndərdiyi haqda məlumat əldə etmişəm. İranda 2011-ci ildə Suriyada baş verən hadisələrin bənzəri yaşanır”.

Rusiyalı mütəxəssis İranda baş verənləri iki ssenari üzrə dəyərləndirib.

Birinci ssenari: üsyan bütün ölkəyə yayılır, İnqilab Keşişçiləri məğlub olur və rejim devrilir. Suriyaya göndərilən əsgərlər geri qayıdır. İranın dəstəyini itirən Əsəd rejimi ilə Rusiyanın Suriyada təsir qüvvəsi azalır. Daha sonra Bəşər Əsəd devrilir.

İkinci ssenari: İran rejimi aksiyaları yatırır. Lakin üsyan daxili müharibəyə bənzər formada müddətsiz şəkildə davam edir. 2011-ci ildə Suriyada da belə olmuşdu. İran hakimiyyəti daxildə gücünü artırmaq üçün Suriya, İraq və Livandakı əsgərlərini geri qaytarır. Nəticədə Rusiya üçün vəziyyət yenə eyni olur, sadəcə olaraq, bu dəfə hər şey zamanla həyata keçir. İranın silahlı dəstəyini itirən Bəşər Əsəd devrilir. Bununla da Rusiyanın Suriyadakı təsiri yoxa çıxır”, - deyə Şumilin iddia edib.


Geri qayıt