Əsas Səhifə > Slayd > 2018-ci İLİN 10 ƏSAS RİSKİ – Liberal demokratiya
2018-ci İLİN 10 ƏSAS RİSKİ – Liberal demokratiya7-01-2018, 12:36 |
Bazarlar genişlənir, lakin buna baxmayaraq, həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin vətəndaşları arasındakı fikir ayrılığı güclənir. Liberal demokratiya İkinci Dünya Müharibəsindən sonra heç zaman olmadığı kimi indi daha az legitimdir və dünya nizamı dağılır. Son 20 ildə beynəlxalq siyasətdə çoxsaylı silkələnmələr və böhranlı vəziyyətlər olub. Amma görünür ki, 2018-ci ildə geosiyasi planda gözlənilməz böhran – 2008-ci ilin maliyyə böhranı ilə müqayisəyə gələcək xüsusi bir vəziyyət meydana çıxacaq. “Eurasia Group” araşdırmalar mərkəzinin məlumatına görə, “geosiyası depresiyalar” 2018-ci ilin 10 başlıca riski üçün xüsusi bir fon yaradır. Həmişə olduğu kimi bəzi “yayındırıcı faktorlar” və risklər də var. Amma onlar göründüklərinin əksinə olaraq, elə də böyük deyillər. 1. Çinin təsirinin artması Vaşinqtonda razılaşdırılmış və ardıcıl siyasətin olmadığı bir vaxtda, Çin hökuməti ölkənin mövcudluğunun xarici şərtlərini nəzərdən keçirərək, yeni qaydalar müəyyənləşdirir, daha səmərəli qlobal ticarət-sərmayə strategiyası hazırlayır və dövlət maraqlarını irəli çəkmək üçün Çinin yerli texnoloji şirkətlərindən istifadə edir. 2. Fəlakətli hadisələrin meydana çıxma imkanları 11 sentyabr terror hadisəsindən sonra, belə bir ciddi geosiyasi böhran yaradacaq fəakətli hadisə baş verməyib. Ancaq bu gün elə sahələr var ki, yanlış fəaliyyətlər və ya yanlış düşüncələr çox ciddi beynəlxalq münaqişənin başlanmasına səbəb ola bilər. 3. Texnoloji soyuq müharibə Dünyada ən amansız mübarizə yeni informasiya texnologiyalarının hazırlanması sahəsindəki iqtisadi təsir mərkəzləri uğrunda gedir. ABŞ və Çin süni intellekt və superkompüter texnikası sferasında önə çıxmaq üçün rəqəbət aparmaqla yanaşı, bazarda üstün mövqe uğrunda mübarizəyə də girişəcəklər. Afrika, Hindistan, Braziliya və hətta Avropa ölkələri kimin məhsuluna etibar etmək və hansı standartları qəbul etməyə qərar verməlidir. 4. Meksika amili 2018-ci il Meksika üçün müəyyənedici il olacaq. Çünki NAFTA (Şimalı Amerika Azad Ticarət Təşkilatı) taleyi ilə bağlı danışıqlar kritik həddə çatıb, seçicilər isə yeni prezident seçəcəklər. NAFTA ilə bağlı danışıqların uğursuzluğa düçar olması, bu müqavilənin ləğv edilməsi anlamına gəlməyəcək. Amma bu ölkənin ABŞ ilə ticarətdən ciddi asılılığını nəzərə alsaq, sözsüz ki, qeyri-müəyyənlik Meksika iqtisadiyyatına hədsiz neqativ təsir edəcək. Korrupsiya qalmaqlları, narkokartellərin fəaliyyəti və ləng iqtisadi böyümə üzündən cəmiyyətin hakimiyyətdən narazılığının artdığı bir vaxtda iyul ayında prezident seçkiləri keçiriləcək. 5. ABŞ və İran arasındakı gərgin münasibət Donald Tramp İrandan xoşlanmır. Yəqin ki, nüvə sazişi 2018-ci ildə qüvvədə qalacaq. Lakin bu müqavilənin ləğv ediləcəyi ehtimalı da ciddidir. 6. İnstitutların zəifləməsi Sülh və əminamanlığı təmin edən hökumətlər, siyasi partiyalar, məhkəmlər, KİV-lər və maliyyə müəssisələri ictimaiyyətlərin etibarını itirməkdə davam edirlər. ”Brexit” referendumunda və Donald Trampın prezident seçilməsində yaşanan populizm, inkişaf etməkdə olan ölkələrdə 2018-ci ildə anti-nomenklatura populizminə təkan verə bilər. 7. Yeni proteksionizm İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrindəki isteblişmentə qarşı hərəkatların aktivləşməsi nəticəsində siyasətçilər qlobal iqtisadi rəqabətə yanaşmanı dəyişməyə məcburdurlar. Onlar rəqibi yormaq taktikasından istifadə edərək güzəştə getməmək mövqeyini tuturlar. Nəticədə izolyasiya və tənhalıq artır. Yeni-proteksionizm nəinki emal sənayesi və kənd təssərrüfatına, eləcə də, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsinə baryerlər yaradır. 7. Böyük Britaniyadakı fikir ayrılığı Böyük Britaniya həm Avropa Birliyindən çıxmaqla və həm də daxili siyasi böhran riski ilə bağlı ciddi çətinliklər keçirir. ”Breksit”ə gəldikdə, burda Böyük Britaniya ilə Avropa Birliyi arasındakı danışıqlarda ”hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb” prinsipi önə şəkilir. Əgər belə davam edərsə, onda iki tərəf arasındakı xırdalıqlar sonsuz mübahisələrə səbəb olacaq. 8. Cənubi Asiyadakı siyasi özünəməxsusluq Cənubi-Şərqi Asiyanın bəzi yerlərində islamçı populizm ön planda dayanır. Bu İndoneziya və Malayziyada daha çox sezilir. İndoneziyadakı etnik çinlilərin narazılıqları bu yaxınlarda kəskin artıb. Myanmadakı rohinyalı müsəlman azlıqların təqib olunması humanitar böhrana gətirib çıxardı. 9. Afrikanın təhlükəsizliyi 2018-ci ildə Afrikanın periferiyasındakı (Mali, Cənubi Sudan, Somali) neqativ hadislərdən doğan nəticələr qitənin əsas ölkələrinə (Kot-Divuar, Nigeriya, Keniya, Efiopiya) yayılacaq. Başlıca təhlükə terrorizm və döyüşkənliklə bağlıdır. - Yayındırıcı anlar və ya mövcud olmayan risklər Hər tərəfdən tənqidə məruz qalan Tramp administrasiyasının vəziyyəti dəyişə biləcək hər hansı bir siyasət həyata keçirmə imkanı yoxdur. 2018-ci ildə Avrozona siyasi riskdən imtina edəcək. Venesueladakı münaqişə dondurulub, çünki prezident Maduro özünü təəccüblü şəkildə dayanıqlı göstərib. (“TİME” jurnalı – ABŞ) Geri qayıt |