Əsas Səhifə > Slayd > Tramp silah satışını asanlaşdırır:
Tramp silah satışını asanlaşdırır:9-01-2018, 11:16 |
Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Trampın bununla ölkədə yeni iş yerləri açmağı planlaşdırdığını bildirib: “Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”. Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən 907-ci düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub. Geri qayıt |