Əsas Səhifə > Slayd > İran prezidenti İSLAM dünyası üçün

İran prezidenti İSLAM dünyası üçün


17-01-2018, 09:15

İŞİD terror qruplaşmasının məğlub olması o deməkdir ki, Fələstin məsələsinin həlli yenidən İslam dünyası üçün əsas prioritetə çevrilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

İran prezidenti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 13-cü sessiyasında çıxış edib.

“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən bir də odur ki, Fələstin məsələsi nəhayət öz yerinə qayıdaraq İslam dünyasının siyasi gündəminin əsas prioritetinə çevrilib”, - deyə Ruhani qeyd edib.


Geri qayıt