Əsas Səhifə > Slayd > Zakir Həsənov DÖYÜŞ
Zakir Həsənov DÖYÜŞ10-02-2018, 18:23 |
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. “AzerTaym.az” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb. Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub. Geri qayıt |