Əsas Səhifə > Slayd > Rusiyada dəhşətli təyyarə qəzası:
Rusiyada dəhşətli təyyarə qəzası:11-02-2018, 22:43 |
Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. ***
Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var. *** Rusiyada sərnişin təyyarəsi radardan itib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib. Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var. Geri qayıt |