Əsas Səhifə > Slayd > Musabəyovun ERMƏNİ mediasına sensasiyalı
Musabəyovun ERMƏNİ mediasına sensasiyalı13-02-2018, 16:41 |
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır. Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək istəmədiyini qeyd edib.“Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı kompromislər tamamilə realdır. Tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər. Yəni tərəflər dərhal hər şeyi əldə etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn, “çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq. Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”, - deyə Musabəyov bildirib. Mümkündür ki, Musabəyovun bu müsahibəsi Bakının Dağlıq Qarabağ planının bir parçasıdır. Yəni, Azərbaycan tərəfi seçkidən dərhal sonra münaqişənin həlli istiqamətində real addımlar atılmasını istəyir və bunun üçün yeni “yol xəritəsi” də hazırlanıb. Əslində seçkinin vaxtının 11 aprelə - Ermənistanda keçiriləcək seçkilər ərəfəsinə salınmasının arxasında da bu plan dayanır.
Seçkinin vaxtı niyə dəyişdirildi? - Qarabağ faktoru və 2 MÜHÜM MƏQAMBakı yeni “yol xəritəsi”ni Ermənistan mediasında açıqlamaqla 5 hədəfə nail ola bilər:
Geri qayıt |