Əsas Səhifə > Slayd > Hafiz Hacıyev Jirinovski ilə görüşündən DANIŞDI:
Hafiz Hacıyev Jirinovski ilə görüşündən DANIŞDI:7-03-2018, 13:10 |
“Vladimir Jirinovski ilə görüşməyimlə bağlı səsləndirilən fikirlərlə razıyam”. Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, o cümlədən digər siyasi liderlərlə açıq və gizli şəkildə görüşlərinin olduğunu bildirib: “Mən siyasətçiyəm. Siyasi dairələrdə olan bütün insanlarla həmişə görüşürəm. Təbii, Vladimir Jirinovski ilə də müəyyən işlərimiz olub. Amma hər şeyi aça bilmərəm. Ona görə də bu məsələyə fikir verməmək lazımdır. Həm Avropa, həm Türkiyə, Qərb dövlətləri siyasətçiləri ilə mütəmadi olaraq açıq və gizli şəkildə görüşlərim olur. Hər görüşlərdə də çalışıram ki, Azərbaycanın gələcəyi naminə müəyyən işlər görülsün, o cümlədən Rusiya, ABŞ, Avropa ölkələrində ölkəmizlə bağlı gedən anti-təbliğatını qarşısını alım. Görüşlərim ancaq millətin, dövlətçiliyin xeyrinə ola bilər”. H.Hacıyev qeyd edib ki, gələcəkdə də Jirinovski ilə görüşlərin baş tutması mümkündür: Çalışacağıq ki, gələcəkdə də bu əlaqələr davam etsin, bu istiqamətdə müəyyən addımlar atılıb işlər görülsün, dövlət əlqələrinin yaxşılaşması üçün partiyaların fəaliyyətindən istifadə edilsin. Jirinovskinin Rusiyada daha konstruktiv fikirləri var. Düşünürəm ki, bunlar gələcək üçün millətçiliyimizə, dövlətçiliyimizə xeyirdir”. “Seçkilərə hazırlıq yüksək səviyyədə davam edir. Artıq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Biz seçkinin qanun və tələblərinə uyğun olaraq hələlik təbliğat-təşviqat işlərinə başlamamışıq. Amma rəsmi şəkildə rayonlarda görüşlərimiz, kütləvi şəkildə mitinqlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, uğurlu seçki olacaq”. Geri qayıt |