Əsas Səhifə > Slayd > Üç deputat rəsmən
Üç deputat rəsmən7-03-2018, 20:16 |
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülən Oruc Zahid Məhərrəm oğlunun namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Modern.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndələri namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim edib. MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, Z.Orucun namizədliyinin müdafiəsi üçün MSK-ya 44 min 624 imza təqdim olunub. O bildirib ki, bütün imzalar yoxlanılıb, etibarsız imzaların sayı 4 303-dür. Qeyd olunub ki, onun namizədliyinin qeydə alınması üçün əsaslar var. Daha sonra Z.Orucun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılıb, onun prezidentliyə namizədliyi qeydə alınıb. Geri qayıt |