Əsas Səhifə > Slayd > Müharibə qorxusu

Müharibə qorxusu


14-03-2018, 16:25

Müharibə qorxusu kosmosa da sıçradı

ABŞ yeni qoşun yaradır

ABŞ prezidenti dünyada yeni qorxu yaradıb.

Donald Tramp kosmik ordu yaratmaq niyyətinə düşüb. "Mənim kosmos haqqında yeni milli strategiyama görə, kosmik məkanda da yerdə və ya dənizdə olduğu kimi hərbi əməliyyatlar ola bilər".

Onun sözlərinə görə, əvvəl bu ideyasına ciddi yanaşmayıb, lakin sonradan bu ona çox mükəmməl fikir kimi gəlməyə başlayıb. "Ola bilsin ki, biz bunu etdik".

Xatırladaq ki, hələ ötən ay ABŞ-ınb Hərbi Hava Qüvvələrinin (HHQ) qərərgah rəisi Devid Qoldfeyn kosmosda savaşların bir neçə ilə ola biləcəyini demişdi. Onun fikrincə, buna kimi ABŞ bu sahədə də üstünlük qazanmalıdır. Kəşfiyyat və kommunikasiya sahəsindəki effektevliyi kosmos, kiberməkana da inteqrasiya etmək lazımdır.

Bundan öncə isə Pentaqon və HHQ-nin nümayəndələri yeni qoşun növünün yaradılmasının əleyhinə çıxış ediblər.

Bu il HHQ-nin kosmik proqrama ayırdığı büdcə 7,75 milyard dollardır. Bu isə ancaq ötən ildən 20 faiz çoxdur. Gələn il isə bu vəsaiti 8,5 milyarda çatdırmaq planlaşdırlır.

Mənbə: istipress


Geri qayıt