Əsas Səhifə > Slayd > TANINMIŞLAR SƏS verdilər:
TANINMIŞLAR SƏS verdilər:11-04-2018, 13:51 |
Bu gün səhər saat 8.00-dan Azərbaycanda keçirilən prezident seçkilərində səsverməyə start verilib. Maraqlıdır, tanınmış şəxslər səsvermə hüquqlarından istifadə ediblərmi? Modern.az saytı bu sualla bir neçə məşhur şəxslərlə əlaqə yaradıb. Milli Məclisin Çingiz Qənizadə: Eyni zamanda, təmsil olunduğum İmişli-Beyləqan rayonlarına da zəng edərək, ümumi vəziyyəti öyrəndim. Orada da çox böyük aktivlik hiss olunur”. “Ailəmlə birgə səsvermədə iştirak etdim. Düşünürəm ki, bu gün hər bir kəs seçimini rahat edir. Və bizim seçimimiz də bəllidir. İdmançıların hamısı, o cümlədən mən də hazırkı prezident İlham Əliyevə səs veririk. Biz bilirik ki, ondan başqa prezidentimiz yoxdur. Bizim məntəqədə çox sabit, sakit və şəffaf seçki gedir. Hətta növbədə də durduq. Vətəndaşlarımız öz prezidentlərini seçmək baxımından çox fəaldırlar. Biz xalq olaraq bayramlarda belə yığılmırıq, amma seçkilərdə bir yerdə oluruq. Bu gün bizim ən böyük bayramımızdır. Hesab edirəm ki, Vətənini sevən hər bir insan səsvermə hüququndan istifadə edəcək”. "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı: “Artıq səsvermə hüququmdan istifadə etmişəm. Bilirsiniz, bu gün media üçün daha çox gücləndirilmiş iş rejimidir. O cümlədən biz də hər zamankından daha fəal işləyirik. APA agentliyi, xüsusi olaraq APA TV səhərdən etibarən Mərkəzi Seçki Komissiyasından canlı yayımla məşğuldur və gün ərzində bütün hesabatları canlı yayımdan veririk. Bu baxımdan bizim orada səyyar kameralarımız quraşdırılıb. Bununla yanaşı, biz beynəlxalq müşahidəçilərlə də işləyirik. Vətəndaş kimi isə istədiyim namizədə səsimi verdim. Məntəqədə də kifayət qədər fəallıq var idi”. Xalq artisti, xanəndə Arif Babayev: “Səhər açılan kimi seçki məntəqəsinə gedib səsvermə prosesində iştirak etdim. Yəni yaxşıya, ölkəmizin inkişafı, quruculuq işi, xalqın rifahı üçün çalışan adama xeyir-duamı verdim. Mənim səs verdiyim məntəqədə səliqə-səhman var idi. Camaat öz səslərini qayda-qanunla verə bilir. Həmçinin azad mühitdi, hər kəs kimə istəyir səs verir”. Xalq şairi Fikrət Qoca: “Həyat yoldaşımla birlikdə gedib səsimizi verdik. Seçki prosesi normal, səliqəli gedir, kifayət qədər yaxşı müşahidəçilər var. Mən də səsvermə gedişatını müşahidə etdim və hər şey dəqiq idi. Hətta məntəqədə biz də növbədə dayandıq. Lakin həyat yoldaşımın yadına düşdü ki, şəxsiyyət vəsiqəsini götürməyib. Buna görə də yenidən evə qayıdıb kimliyini götürdü. Və məntəqədə növbədə dayandıq, səsimizi verdik”. Xalq artisti, bəstəkar Faiq Şücəddinov: “Mən səhər saatlarında ailəmlə birlikdə Nərimanov rayonunda səsvermə hüququmdan istifadə etdim. Müşahidələrimə əsasən deyə bilərəm ki, səsvermə prosesi həmişəki kimi normal gedir. Hər yerdə müşahidəçilər var, onlar prosesə nəzarət edirlər. Yəni qanuna zidd olan bir şey yoxdur. Hər şey yüksək səviyyədədir”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: Geri qayıt |