Əsas Səhifə > Slayd > EKS-NAZİRLƏRİN səfir getmək arzusu -
EKS-NAZİRLƏRİN səfir getmək arzusu -27-04-2018, 17:12 |
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub. Baş nazir Artur Rasizadə, baş nazirinin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ekologoya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hökumətin tərkibindən uzaqlaşdırılıblar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edildiyindən bu qurumun sədri Ramiz Həsənov da kənarda qalıb. Maraqlıdır, yeni hökumətdə təmsil olunmayan hansısa digər eks-nazirə səfir postu verilə bilərmi? Deputat da Azərbaycanda keçmiş nazirlərin səfir kimi göndərilməsi təcrübəsinin olduğunu deyib. “Müəyyən kadr dəyişiklikləri, ratifikasiyalar ölkə prezidentinin kadr siyasətində bu və ya digər şəkildə ifadə olunub. Belə addımın bundan sonra da atılıb-atılmayacağı ölkə başçısının səlahiyyətlərinə daxildir. Ölkə başçısı hansısa naziri səfri kimi göndərməyi yəqin etsə, bu addımı atacaq. Bu barədə qərarı ancaq ölkə başçısı verə bilər”. Geri qayıt |