Əsas Səhifə > Slayd > TÜRKİYƏ və SƏUDİYYƏ ƏRƏBİSTANI

TÜRKİYƏ və SƏUDİYYƏ ƏRƏBİSTANI


16-05-2018, 08:48

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Fələstin hadisələrini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Krallaa pardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.

Qeyd olunub ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. (Azərtac)


Geri qayıt