Əsas Səhifə > Slayd, Cəmiyyət > Ənvər Paşanın nəvəsindən Azərbaycana BAŞSAĞLIĞI

Ənvər Paşanın nəvəsindən Azərbaycana BAŞSAĞLIĞI


31-03-2015, 16:03
Ənvər Paşanın nəvəsindən Azərbaycana BAŞSAĞLIĞITürkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün gərəkli addımlar atmış Ənvər paşanın nəvəsi Osman Mayatepek 31 mart Azərbaycanlılarının soyqırımı günü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

Bununla bağlı Modern.az-a öz münasibətini bildirən Osman Mayatepek ermənilərin hər zaman türklərə qarşı soyqırımı siyasətini apardığını və bunun Ermənistanın dövlət siyasəti olduğunu bildirib.

“Ermənistan tarix boyu Azərbaycana və Türkiyəyə qarşı bu siyasəti yeridib. Azərbaycanda erməni soyqırım siyasətinə məruz qalan minlərlə soydaşlarımız, qardaşlarımız var. Hal-hazırda Ermənistan qondarma bir iddia ilə Türkiyəyə qarşı da çirkin siyasət aparır. Azərbaycan və Türkiyədəki qardaşlarımızı bu yolda mətin olmağa səsləyir və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Geri qayıt