Əsas Səhifə > Slayd > LALƏ ŞÖVKƏT yeni nazirlərə SƏSLƏNDİ:
LALƏ ŞÖVKƏT yeni nazirlərə SƏSLƏNDİ:5-06-2018, 09:19 |
“Lalə Şövkət Cümhuriyyətimizin 100 illiyini çox yaxşı əhvalda, mətbuata qapalı şəkildə keçirib. Azərbaycan xalqını, partiya üzvlərini təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətini quran kişiləri fəxarətlə yad edib”. ““Gənclik millətimizin gələcəyidir” deyirlər. Halbuki, uşaqlar gələcəyimizdir. Gənclik millətimizin bu günüdür. Ümumilikdə isə gənclərin Azərbaycan hakimiyyətində vəzifəyə gətirilməsini alqışlayırıq. Yeni nəsil köhnə nəsildən həmişə enerjilidir. Buna görə də kimliyindən asılı olmayaraq, hakimiyyətə iqtidar ya da müxalifət prizmasından yanaşmadan deyə bilərik ki, Azərbaycan adına vəzifəyə təyinat alan hər bir gəncimizə uğurlar arzulayırıq. Lalə xanımın gənc nazirlərdən bir xahişi də var: Özlərini sələflərinə oxşatmasınlar! Rüşvətxor, korrupsioner, dar düşüncəli, adam saymayan olmasınlar. Dövlət deyəndə xalqı nəzərdə tutsunlar, öz ailələrini yox”. Əvəz Temirxan Lalə Şövkətin bələdiyyə sistemi ilə bağlı gələcək planlarından da söz açıb. “Liberal Partiya növbəti bələdiyyə seçkilərinə qatılacaqmı” sualını partiya sədri belə cavablandırıb: “2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə qatılıb-qatılmamaq barədə də partiyada ciddi fikir mübadiləsi aparırıq. Bu haqda düşüncələrimiz ondan ibarətdir ki, seçkiyə gedəcək.Liberal Partiya üzvləri elə bir proqramla çıxış etsinlər ki, üstünlüyü ələ ala bilsinlər. Hər hansı bir bələdiyyədə üstünlüyü əldə edə bilsək, orada elə bir bələdiyyə yaradarıq ki, o, bütün dünyada tanına bilər”. Geri qayıt |