Əsas Səhifə > Slayd > Bu gün TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

Bu gün TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI


17-06-2018, 10:51

Bu gün tibb işçilərinin peşə bayramı günüdür

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.

Belə ki, 2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.


Geri qayıt