Əsas Səhifə > Slayd > ƏRDOĞANI İLK TƏBRİK EDƏN

ƏRDOĞANI İLK TƏBRİK EDƏN


24-06-2018, 23:42

Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti oldu

Prezident İlham Əliyev iyunun 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

 "AzerTaym.az" bildirir ki,Qafqazinfo-nun prezidentin mətbuat xidmətinə istinadən xəbərinə görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Azərbaycan prezidenti qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

İlham Əliyev türkiyəli həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

“Milliyet”in məlumatına görə, R. T. Ərdoğanı qələbəsi münasibətilə ilk təbrik edən Azərbaycan prezidenti olub.

Fələstin lideri Mahmud Abbas da türkiyəli həmkarını təbrik edib.


Geri qayıt