Əsas Səhifə > Slayd > Havalar pisləşəcək - GÜCLÜ KÜLƏK ,YAĞIŞ,

Havalar pisləşəcək - GÜCLÜ KÜLƏK ,YAĞIŞ,


19-07-2018, 14:15

Image result for - Güclü külək, yağış, leysan, qifs

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həva şəraitilə bağlı xəbərdarlıq edib.
Qurumdan bildirlib ki, iyulun 20-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

AzerTaym.az

 

 


Geri qayıt