Əsas Səhifə > Slayd > Sabah Azərbaycanda HAVANIN
Sabah Azərbaycanda HAVANIN15-08-2018, 14:29 |
Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 isti, dağlarda gecə 10-15, gündüz 18-23 dərəc isti təşkil edəcək.
Geri qayıt |