Əsas Səhifə > Slayd > Ramil Usubov yeni

Ramil Usubov yeni


5-10-2018, 17:25

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Bakının bir neçə polis bölməsində yerdəyişmələr qeydə alınıb.

AzerTaym.az Baku.ws-ə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli Nəsimi rayon Polis İdarəsinin 19-cu Şöbəsinə rəis göndərilib. Onun yerinə isə 20-ci Bölmənin rəisi Nasir Babayev təyinat alıb.

 


Geri qayıt