Əsas Səhifə > Slayd > Türkiyədə MHP-AKP

Türkiyədə MHP-AKP


23-10-2018, 14:03

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın başa çatdığını bildirib.

Trend-in məlumatına görə, ittifaqın başa çatmasına səbəb amnistiya ilə bağlı partiyalar arasındakı fikir ayrılıqları olub.

D.Bahçeli bildirib ki, MHP-nin məhbusların əfv olunması təklifinə "yuxarıdan aşağı baxan partiya" ilə ittifaqa ehtiyacı yoxdur.

Onun sözlərinə görə, 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində MHP təkbaşına iştirak edəcək.


Geri qayıt