Əsas Səhifə > Slayd > Rusiya və Belarus prezidentləri

Rusiya və Belarus prezidentləri


7-12-2018, 06:30

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə Minsk üçün təbii qazın qiyməti ilə mübahisəsindən sonra “görüşün ev sahibi” Vladimir Putin qarşısında üzr istədiyini bildirib.

Aleksandr Lukaşenko bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib: “Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi. Eşitməsəz yaxşıdır. Gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəyik”.

Belarusiya prezidenti Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında “Qazpromun” Belarus üçün təbii qaz ixracı tarifinin hər 100 kilometrə 1000 kub metr qazın ötürülməsi $3 olduğu halda, Rusiya daxili tarifində $1 olduğunu qeyd edib.

VIDEO

Geri qayıt