Əsas Səhifə > Slayd > "Musanın ağ tellərini SEVİRƏM"
"Musanın ağ tellərini SEVİRƏM"10-01-2019, 16:22 |
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Təranə Qumral və Musa Musayev olub. Təranə Qumral həyat yoldaşının ağ saçlarını sevdiyini deyib: "Yaş özünü kişidə də, qadında da göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa balayır. Kimi saç boyasını qoyub, örtüb üstünü basdırır. Mən Musanın ağ tellərini sevirəm". Musa Musayev isə ağ saçları ilə bağlı maraqlı açıqlama verib: "Mənim uşaqlıq arzu idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var". Geri qayıt |