Əsas Səhifə > Slayd > Təhsil naziri: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı
Təhsil naziri: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı10-10-2019, 13:40 |
"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu da daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə bağlıdır. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq". Geri qayıt |