Əsas Səhifə > Slayd > “Gömrük Komitəsi Gürcüstan nömrəli maşınların sayına baxıb

“Gömrük Komitəsi Gürcüstan nömrəli maşınların sayına baxıb


19-10-2019, 10:55

“Gömrük Komitəsi Gürcüstan nömrəli maşınların sayına baxıb utanmalıdır”

Mənə elə gəlir ki, Dövlət Gömrük Komitəsi Azərbaycanda Gürcüstan nömrəli maşınların sayına nəzər salıb utanmalıdır”.

“AzerTaym.az" yenisabah-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı sosial şəbəkədə yazıb. O, bildirib ki, ölkədə 10 maşından 1-i gürcü nömrəsi ilədir:

Səbəbi də hamıya qəşəng məlumdur. Utanmaq lazımdır. Belə getsə, 2-3 ildən sonra xaricdən Azərbaycana gələn qonaq yolda gedəndə elə biləcək Gürcüstandadır.

Avtomobillər üçün gömrük rüsumları ən azından 2017-ci ildəki vəziyyətə qaytarılmalıdır. Hibrid avtomobillərə ən azı 50 faiz güzəşt tətbiq edilməlidir, elektromobillər isə tam olaraq gömrük rüsumundan, ƏDV və aksiz vergisindən azad edilməlidir”.


Geri qayıt