Əsas Səhifə > Slayd > “Seçkidə iştirak daha faydalıdır”
“Seçkidə iştirak daha faydalıdır”3-12-2019, 17:12 |
“Ən ziyanlı qərar “seçkiləri boykot edirəm” deyib, kənara çəkilməkdir”
Musavat.com xəbər verir ki, P.Hüseyn indiki vəziyyətdə təcili olaraq ortaya Azərbaycanda azad, demokratik seçki baxımdan xarakterizə edən ümumi sənəd qoyulmalıdır: “Orda qeyd olunmalıdır ki, indiki şəraitdə ölkədə azad, ədalətlıi seçki keçirmək mühiti varmı? Burda fikirlər səsləndilir iki, seçkidə iştriak edənlərlə etməyənlər bir-birinə qarşı əks təbliğat aparacaqlar. Hətta aparmasalar belə, konkret vətəndaş mövqeyini ifadə etmək hüququnu əlindən almaq olmaz ki. Azərbaycanın protest elektoratının əhəmiyyətli hissəsini ifadə edən Milli Şuira və AXCP seçki mühiti ilə bağlı heç bir dəyişiklik olmasa, seçiyə qatılmayacaq. Siz onların təbliğatının qarşısında heç nə olmamış kimi, razılıqla, sazişlə, mandat-mandat oyunu oynamağa davam edəcəksiz?” P.Hüseyn bildirdi ki, 1993-cü ildən bəri ilk dəfədir ki, ölkədə fərqli vəziyyət yaranıb. Onun sözlərinə görə, bundan ədalətli seçki mühiti naminə istifadə etmək lazımdır: “Azərbaycan Xalq Partiyasının seçikilərlə bağlı qərarı yoxdur. Hələ bilmək olmaz. Məhkəmənin qərarını gözləyək. Ölkədə hər cür sürprizlər baş verə bilər” . Politoloq Hikmət Hacızadə: isə bütün hallarda seçkiyə getmək lazımdır: “Eybi yox, gedərik. Qoymazlar, beynəlxalq məhkəmələrə gedərik. Pozuntuları qeydə almaq lazımdır. Mən səhhətimə görə seçkilərdə iştirak etməyəcəm. Pulum da yoxdur. Ona görə də gənclər getsin seçkilərə, öz iddialıarını həyata keçirsinlər. Cəmiyyət istəyir ki, biz vuruşaq. Daha doğrusu, siz”. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər dedi ki, seçkilərdə iştirakla bağlı Müsavat Partiyasının qəbul edəcəyi qərar onun da qərarı olacaq. Onun fikrincə, seçkilərdə iştirak hakimiyyətin əlinə oynamaq, dəyirmanına su tökmək kimi hadisə deyil: “Seçkiləri boykot etmək də hakimiyyətin maraqlarına xidmət etmək, meydanı boş buraxmaq deyil. Satqınlıq deyil. Hər ikisi siyasi partiya üçün normal addım ola bilr. Seçkilərdə iştirak etməklə də, boykot etməklə də hakimiyyətə xidmət etmək mümkündür. Hər iki variant – nə üçün edilir? Bu gün parlamentdə 10-12 guya müxalifət deputatı var. Cəmiyyət onları müxalifət kimi qəbul edirmi? Hədəf önəmlidir. Nəyə görə bu addımı atırıq? Geniş, hərtəfəli mövzudur. Bunlar kağız şəkildə yazılıb sənədləşdiriliub, ortaya qoyulsa, yaxşı olar”. İ.Qəmbər bu məsələdə şəxsi fikrini də bildirib: “Bu qərarların arasında ən ziyanlı qərar “seçkiləri boykot edirəm” deyib, kənara çəkilməkdir. Özünü qorumaq, zərbələrə tuş gəlməmək naminə seçkiləri boykot edəcəyiksə, bu, iqnor etmək deməkdir. İqnorla özümüzü qoruya bilərik. Bəs Azərbaycanımnızı necə qoruyacağıq? Seçkidə iştirak daha faydalıdır. Bütün əzab-əziyyətlərinə, pulsuzluğumçuza, bizə vurulacaq zərbələrə, nəticəsizliyin yaratydığı ümuidsizliyə baxmayaq seçkilərdə iştiak daha düzgün qərardır”. Geri qayıt |