Əsas Səhifə > Slayd, Kriminal > Azərbaycanda daha bir dəhşətli qəza - Bir ailənin 3 üzvü öldü
Azərbaycanda daha bir dəhşətli qəza - Bir ailənin 3 üzvü öldü21-09-2015, 11:01 |
Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir. Geri qayıt |