Əsas Səhifə > Slayd > Koronavirusa QALİB GƏLƏN ölkələrin

Koronavirusa QALİB GƏLƏN ölkələrin


24-04-2020, 21:16

Koronavirusa QALİB GƏLƏN ölkələrin siyahısı

Dünyanın 210 ölkəsinə yayılan və 2,7 milyon insana yoluxan koronavirus pandemiyası bəzi ölkələrdə artıq başa çatıb.

"Worldometers.info" həmin ölkələrin siyahısını tərtib edib.

Sen-Bartelemi – Şimali Amerika qitəsi

10 minə yaxın əhalisi olan ölkədə ümumilikdə 6 nəfər infeksiyaya yoluxub və hamısı sağalıb. 21 aprel etibarilə xəstəliyin başa çatdığı müəyyən olunub.

Sent-Lusiya - Şimali Amerika qitəsi

200 minə yaxın əhalisi olan ölkədə 15 nəfər infeksiyaya yoluxub və hamısı sağalıb. 24 aprel etibarilə xəstəliyin başa çatdığı qeyd olunub.

Qrenlandiya – Şimali Amerika qitəsi

60 minə yaxın əhalisi olan ölkədə 11 nəfər infeksiyaya yoluxub və hamısı sağalıb. 24 aprel etibarilə xəstəliyin başa çatdığı müəyyən olunub.

Mavritaniya – Afrika qitəsi

4,5 milyona yaxın əhalisi olan ölkədə 7 nəfər infeksiyaya yoluxub. 1 nəfər dünyasını dəyişib, 6 nəfər sağalıb. 21 aprel etibarilə xəstəliyin başa çatdığı qeyd olunub.

Yəmən – Asiya qitəsi

30 milyona yaxın əhalisi olanölkədə 1 yoluxma faktı qeydə alnıb. Həmin şəxs xəstəlikdən sağalıb. xezerxeber.az


Geri qayıt