Əsas Səhifə > Slayd > Azərbaycanda KOMENDANT saatı tətbiq edilə bilər
Azərbaycanda KOMENDANT saatı tətbiq edilə bilər10-05-2020, 01:05 |
Bu gün koronavirusa yoluxanların böyük əksəriyyəti Bakının Nəsimi rayonunun payına düşür. "AzerTaym.az" bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib. O bildirib ki, ikinci yerdə Bakının Yasamal rayonu gəlir. Ramin Bayramlı insanları ictimai yerlərdə məsuliyyətli olmağa, qruyucu vasitələrdən istifadə etməyə çağırıb. O qeyd edib ki, bayram günləri və həftə sonları koronovirusla bağlı Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün Operativ Qərargaha müraciət edilə bilər. "Bu təbii ki, vətəndaşların məsuliyyətindən asılı olacaq".
Geri qayıt |