Küçə və prospektlərdə dezinfeksiya aparılarkən, sıxlıq nəzərə alınır. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib. E.Əzizov deyib ki, dezinfeksiyanın çox edilməsi zərərlidir: "Bu zaman bitkilər məhv ola bilər. Əgər vətəndaşlar qaydalara riayət etməsələr, dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq". E.Əzizov qeyd edib ki, küçədə gəzərkən vətəndaşların cəmi 10 faizi maskadan istifadə edirlər: "Bəzi savadlı insanlar düşünür ki, bu bir oyundur. Ölkələr, sərhədlər bağlanıb, belə oyun olar?!"
Geri qayıt
|