Əsas Səhifə > Slayd > Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də DÜŞÜNƏN
Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də DÜŞÜNƏN31-05-2020, 16:52 |
COVID-19 pandemiyası səbəbindən könüllü olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən həkimlər etiraz edir. Bu barədə 23 ildir 11 saylı Şəhər Poliklinkinasında sahə həkimi kimi çalışan, pandemiya səbəbindən könüllü olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasına ezam olunan Məlahət Hümmətqızı bildirib. O qeyd edib ki, pandemiya xəstəxanlarında çalışan həkimlərin ailələri üçün təhlükə yaranıb: Əvvəl 15 gün, 30 gün çalışan həkimlər test nəticəsi neqativ çıxanda 15 gün karantində saxlanılırdı. Sonra karantin günü 7 oldu. Amma indi tibb işçilərindən yaxma götürülür və onlar evə buraxılırlar. Bu qədər əziyyət çəkən həkimləri niyə düşünən yoxdur? Biz xalqımızn, insanlarımızın yolunda heç nə düşünmədən səfərbər olduq, bəs bizi niyə düşünən yoxdur ki, virus daşıyıcısı ola bilərik, evimizə, ailəmizə virus apara bilərik?”. “Bəzi həkimlər var ki, 15 gün, bəziləri 30 gün çalışıb evinə gedir. Mən iki aydır burada çalışıram, gücüm çatsa, iyunda da qalıb işləyəcəm. Amma istəyimiz budur ki, bizim təhlükəsizliyimiz təmin olunsun. Bu gün evinə gedəcək olan həkimlər üçün son gündür. Onlara da bildiriblər ki, oteli tərk edin. Bu həkimlərin hərəsinin 5-6 evi yoxdur axı özünütəcrid etsin, 15 gün ailəsindən kənarda qala bilsin. Axı onların evindəki insanlar təhlükədədirlər. Əvvəllər həkimlər, tibb işçilərinin test nəticələri neqativ çıxanda oteldə karantində saxlanılırdılar. Amma indi görünür ki, otellər fəaliyyətini bərpa edəcəyindən, TƏBİB-in də karantin üçün əlavə yeri olmadığından, həkimləri evinə gödərirlər. Mən TƏBİB rəsmilərindən məsələyə biganə qalmamağı xahiş edirəm”. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, yalnız test nəticələri neqativ olan həkimlər evə buraxılır: “Bütün addımlar TƏBİB-in tibb işçilərilə bağlı hazırlanan təlimatına uyğun atılır. Qaydalarda necədir, o cür də hərəkət edilir. Əvvəl tibb işçiləri 15 gün karantində saxlanılırdı, amma indi tibb işçiləri üçün hazırlanan təlimata uyğun olaraq, onlar karantində saxlanılmır. Test verirlər, əgər nəticələr neqativdirsə, yəni tibb işçilərində virus aşkarlanmayıbsa, evə buraxılırlar. Onların ailəsi üçün hər hansı təhlükə yoxdur. Nəticə bilinmədən kimsə evə buraxılmır”. /Modern.az
Geri qayıt |