Əsas Səhifə > Slayd > Həbs edilən icra başçılarının saxlanıldığı yer

Həbs edilən icra başçılarının saxlanıldığı yer


30-06-2020, 00:49

Həbs olunan icra başçıları harada “dincəlir”? - AÇIQLAMA

 Həbs edilən icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var.

Modern.az xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib.Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar.

"Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də İstintaq Təcridxanaları var. Bu iki qurum saxlanan şəxslərin öz İstintaq Təcridxanalarında saxlaya bilirlər", - deyə, vəkil bildirib.
A.Məmişov Musavat.com-a açıqlamasında qeyd edib ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından həbsxanaya köçürülür.
Hazırda aylardır, istintaq altında olan 5 sabiq icra başçısı var. Onların bəziləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün yenidən hakim qarşısına çıxarılıblar. İstintaq orqanının təqdimatına əsasən, onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Əldə etdiyimiz məlumata görə saxlanmış icra başçılarının bir neçəsinin müdafiəçisi tanınmış vəkillərdir.
Həmin vəkillər arasında Ceyhun Yusifov və Kamandar Nəsibov da var.
Hər iki vəkil bir neçə vəzifəli məmurun məhkəmə proseslərindən ictimaiyyətə tanışdırlar.
Lakin vəkillər bu barədə müdafiə etdikləri şəxslərin maraqlarına uyğun olaraq açıqlama vermək istəmirlər.
Xatırladaq ki, həbs edilmiş şəxslər İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.
Onların ittiham olunduqları maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığıdır.
Bu ittihamlarla həbs olunmuş məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.

 

 

 

 


Geri qayıt