Əsas Səhifə > Slayd > Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi
Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi1-07-2020, 18:56 |
"Sosial şəbəkədə yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım". Bu sözləri Criminal.az saytının təsisçisi və baş redaktoru Anar Məmmədov deyib. O bildirib ki, bir neçə ay əvvəl rəhbəri olduğu saytda yazdığı yazıya görə “Lombard №1”in sahibi Məlahət Qurbanova onu məhkəməyə verib: “Mən bir neçə ay öncə rəhbəri olduğum saytda “Lombard №1”in sahibi Məlahət Qurbanova ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun məhkəmə çəkişməsi barədə yazı yazmışdım. Yazını yazmaqda məqsəd keçmiş nazirin məhkəmədə tərəf olması idi. Sonradan məlum oldu ki, tərəflərdən biri olan Məlahət Qurbanov lombard sahibidir. Mən də xəbərin başlığını “Lombard Məlahətlə keçmiş nazirin çəkişməsi” kimi verdim. Bundan sonra Məlahət Qurbanova xüsusi ittiham qaydasında məni məhkəməyə verdi. Eyni zamanda şərəf və ləyaqətinin alçaldılması ilə bağlı başqa bir iddia da qaldırdı və Heydər Əliyev fonduna köçürülməsi üçün məndən 100 min azn tələb etdi. Bir neçə ay davam edən proseslərdən sonra iyun ayının 16-da məhkəmə mənimlə bağlı qərar verdi. Xüsusi ittihamla bağlı qərar bu oldu ki, mən 1 il müddətinə islah işlərinə cəlb olunuram və əməkhaqqımın 20 faizi dövlət hesabına köçürülür. Məhkəmə 100 min manatın tələb olunduğu mülki iddianı isə qismən təmin etdi və məni 200 manat məbləğində cərimələdi”. Geri qayıt |