Əsas Səhifə > Slayd > “Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik”

“Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik”


3-07-2020, 21:12

Ölkə başçısının göstərişləri nəticəsində iqtisadi sahədə 4 işçi qrupu yaradılıb. Onların təklifi əsasında tədbirlər planı hazırlanıb.
"AzerTaym.az" modern.az-a istinadən bildirir ki,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, əsas məqsəd makroiqtisadi sabitliyi bərqərar etmək, iqtisadi sahədə inkişafa nail olmaqdır:
"Yoluxanların sayı hələ də gündəlik artır Hamını narahat edən rəqəmlərin yüksək səviyyədə qalmasıdır. Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik. Bütün dünya ölkələri bu pandemiya ilə mübarizədədir. Burada ən vacib məsələ "mənə nə etdilər" yox,"mən nə etdim" olmalıdır. Problemin həlli üçün hamımız səfərbər olmalıyıq. Biz hamımız müharibədəyik, hamımız koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik"


Geri qayıt