Əsas Səhifə > Slayd > Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə

Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə


17-10-2020, 23:50

Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır

Ermənistan işğalçı ordusunun Füzuli rayonunda darmadağın edilərək məğlubiyyətə uğraması ikinci Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi  30 illik Ermənistan-Azərbaycan münaqişəsində tarixə düşəcək. Ekspertlərin mütləq əksəriyyəti müasir dövrün ən amansız müharibələrindən birinə dair qısa icmallarında oxşar mövqedən çıxış edirlər: işğalçı, amma ötən əsrin 70-ci illərin sovet ordusu stilində pis silahlanmış XXI əsrin yüksək texnoloji silahları ilə silahlanmış, inzizamlı, yaxşı strukturlaşmış, mükəmməl koordinasiya olunan Azərbaycan ordusunun cəsur əsgərləri ilə qarşı-qarşıya gəlib.

Ermənistan dünyanın ən müasir ordularından biri ilə qarşılaşdı

Yenilməz və cəsur əsgərlərimiz qasırğalı 90-cı illərdə azərbaycanlıların adına sırınan ədalətsiz, yalan stereotipi sındırdı. Bəd dillər, hansı ki, həmişə tapançadan qorxuludur, əmin edirdilər ki, azərbaycanlılar döyüşə bilmir. Birinci Qarabağ müharibəsi dövründə xaosun, daxili didişmələrin hökm sürdüyü Azərbaycanda hakimiyyət uğrunda mübarizə bir tərəfdən də siyasiləşmiş özünümüdafiə dəstələrinin hərbi uğursuzluqları ilə müşaiyət olunurdu. Bu dəstələr Qarabağın müdafiəsindən çox dövlət çevrilişləri törətmək üçün səfərbər edilirdi. Rayonlar bir-birinin ardınca işğal olunurdu, prezidentlər bir-birinin ardınca devrilirdi və bütün bunlar bizim ümummilli məğlubiyyətimizi sürətləndirirdi. Dövlət fəlakətin və parçalanmanın bir addımlığında idi. Azərbaycanın unitar dövlət kimi xilası Heydər Əliyevin təcrübəsi sayəsində mümkün oldu və o, postsovet məkanında ilk dəfə dəqiq şaquli idarəetmə mexanizmi yaratdı, dövlətin aşınmış dayaqlarını bərpa edə bildi.

Heydər Əliyev başladığı işi sona çatdıra bilmədi. Amma konsolide olunmuş siyasi elita xalqın seçimini dəstəklədi-hakimiyyətə gənc, Avropa düşüncəli siyasətçi və dövlət adamı, Üçüncü Azərbaycan respublikasının qurucusunun varisi İlham Əliyev gəldi. Heydər Əliyev tərəfindən irəli sürülmüş siyasi vərəsəlik fəlsəfəsi uğurlu modelin həyati qabiliyyətini sübut elədi və postsovet cəmiyyətinin inkişafına impuls verdi. Siyasi hakimiyyətin ağlabatnlığı və ictimai inkişaf. Üstəlik də permanet destablizasiyalardan və partlayış xarakterli inqilablardan məyus olan Qərb bizim regionda özününün başlıca prioritetini müəyyən etdi: stabillik demokratiyadan daha vacibdir. Hansı ki, Buş da, Obama da, Tramp da bunu yorulmadan təkrarlayıb.

Üçüncü Respublikanın qurucusunun varisi milli gündəmin əsas mövzusunu müəyyən etdi-Qarabağ!

Azərbaycan iqtisadiyyatının ilk növbədə çoxvektorlu energetika siyasəti sayəsində sürətli inkişafını təmin edən İlham Əliyev milli gündəmin dominant mövzusunu müəyyən etdi-Qarabağın qaytarılması və ölkənin ərazi bütövlüyünün bərpası. Qarabağ hakimiyyətin yeni ideya platformasının əsasını təşkil etdi. Qarabağ ümummilli dəyərlər sistemində məhək daşı oldu. İ.Əliyev Qarabağ nizamlanmasında ən iradəli və mövqeyindən dönməyən Azərbaycan siyasətçisi idi. Bir qarış da torpağı düşmənə vermək olmaz! Bu şüar prezidentin dilində 17 ilə yaxın səsləndi. İ.Əliyev bütün cəmiyyətin düşündüyünü və istəyini ifadə edərək dərk etdi ki, milli ruhun dirçəlməsi və ölkənin sonrakı inkişaf strategiyasının həyata keçirilməsi üçün ərazi bütövlüyü təmin edilməlidir. Milli ləyaqət hissi tapdalanmış xalqla gələcəyi necə qurmaq olardı?!

Çox güman ki, Kazan sammitindən sonra İlham Əliyev Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ səhra komandirlərinin hansısa kompromislərə getməyəcəklərinə və ədalətli sülhə razılaşmayacaqlarına əmin oldu. Əyalət siyasətçiləri Azərbaycandan qeyd-şərtsiz kapitulyasiya tələb edirdi, görünür hesab edirdilər ki, Azərbaycanı birdəfəlik məğlub edə biliblər. “Əraziər əvəzinə sülh” –İsrail diplomatiyasının bu ağıllı və müdrik konsepsiyası burunlarından uzağı görə bilməyən və axmaq stepanakertli gədələrə yad idi. Onlar İlham Əliyevin qətiyyətli həmlə üçün qurmaqda olduğu geosiyasi konfiqurasiyanın fərqiində deyildi. İ.Əliyev Vətən müharibəsi ilə hədələyərək ədalətli sülh tələb edirdi.

Kazan görüşündə Əliyev başa düşdü ki, səhra komandirləri ilə anlaşmaq mümkün olmayacaq...

Özünün siyasi planlaşdırmasında və proqnolaşdırmasında dar alınlı qarabağlı siyasətçilər-Köçəryanın və Sərkisyanın dəstəsi, daha sonra Yerevan siyasu olimpinə dırmağa bilmiş diletant Paşinyan özünün “soros uşaqları” ilə hadisələrin bu cür hərbi ssenari üzrə inkişafını heç ağıllarına da gətirmirdilər. Erməni siyasətçiləri özlərini ona inandırmışdılar ki, İlham Əliyev çoxmilyardlıq investisiya mühiti, oturuşmuş dövlətçilik və neft-qaz sənayesi ilə risk etməz, sonu çətin proqnozlaşdırılan hərbi kampaniyaya girməz.

Və hətta dünya düzəninin “güclünün haqqı” üzərində formalaşması da reallıq hissini itirmiş Paşinyan hakimiyyətini acı reallığa geri qaytara bilmədir. Dünya dəyişdi, onunla birlikdə dünya münasibətlər sistemindən Helsinki sabitlik prinsipləri də vurulub çıxarıldı. Üstəlik beynəlxalq hüquq Soyuq müharibə dövrünün atavizminə çevrildi, ikiqütblü dünya ilə birlikdə keçmişdə qaldı. Axı beynəlxalq hüquq və yeni dünya düzəni də möhkəmlənməkdə olan Azərbaycanın xeyrinə idi.

İlham Əliyev nə etməliydisə onu da elədi. Bu miqyasda siyasətçi yaranmış tarixi şansı əldən buraxa bilməzdi. Azərbaycanın və elə  İlham Əliyevin  özünün ikinci belə şansı ola bilməzdi. Heç vaxt.

Beləliklə, cənub Qarabağın məbədi olan Füzuli şəhəri uğrunda döyüşlər ikinci Qarabağ müharibəsində dönüş məqamı oldu. Azərbaycan ordusu işğalçı ordunun son müqavimətini də qırdı və irimiqyaslı hücuma keçdi. İndi hər yerdə, bütün səngərlərdə erməni əsgərləri ağ bayraq qaldırır. Erməni aryeqradı qaçmağa üz tutub. Müharibənin ilk günlərində gedən qızğın döyüşlərdə bərkimiş Azərbaycan ordu hissələri asanlıqla düşmənin döyüş mövqelərini, işğal altındakı kəndləri, düşmənin möhkəmləndirilmiş rayonlarını tutur. Elə vəziyyət yaranıb ki, Azərbaycan hakimiyyəti cəsur ordunun döyüş meydanındakı uğurlarını təqib edib çatdıra bilmir.

Sonra nə olacaq?! İlham Əliyev özünün bu günkü çıxışında bütün Azərbaycan xalqının başlıca məqsədini elan etdi: müqəddəs Şuşa şəhəri. İşğala qədər Pənah xanının əsasını qoyduğu bu şəhər Azərbaycan folklorunun və mədəniyyətinin beşiyi idi. Və əlyazmaçılar azərbaycanlıların milli şüurunda Şuşanın Bakını üstələdiyini yazanda min dəfələrlə haqlı idilər. Bu şəhər Azərbaycanın mənəvi paytaxtıdır.

Şuşa Azərbaycanın mənəvi paytaxtıdır

Və artıq heç bir şübhə yoxdur ki, yaxın günlərdə Azərbaycan ordusu Şuşanı da azd edəcək, bir neçə nəsillərin xəyallarını gerçəkləşdrəcək. Ən azından son 30 ildə Şuşa hər bir azərbaycanlı üçün şirin ilğıma çevrilmişdi.

Bəs Azərbaycan qoşunlarının qələbə marşını dayandırmaq üçün yaxın günlərdə Ermənistan nə edəcək?! Müdafiə Nazirliyinin sözçüsü Arsurun Ovanisyan dünən axşam titrək səslə bütün kədərini və miskin duruma düşdüyünü ifadə etdi, Yerevan gənclərini fərarilikdə ittiham etdi. Ovanisyan hesab edir ki, arxa cəbhədə bayraq yelləyən gənclər Azərbaycanın qələbəsini yaxınlaşdırır. Ermənistanda indi fərarilik və məğlubiyyət əhval-ruhiyyəsi hökm sürür.

Axı sevgi inqilabı səhra komandirlərinin ölkəsində dövlət düzənini də tam dəyişdirdi. “Xalq küçə demokratiyası” yolunu seçən Ermənistan siyasi baxımdan səfərbər olmuş sistemdən də imtina etdi. Ermənistan sərsəm “miatsum” ideyası dövrünə qayıtdı. Amma...Bu ideya da 90-cı illərdə olduğu kimi sınıq-salxaq “Kalaşnikov” avtomatı ilə xəyalət dronlara tuşlamaq kimidir. Birdən Ermənstan ayıldı və başa düşdü ki, zaman maşını Azərbaycanı çox uzağa aparıb. Və terrorçunun güncdən açdığı alçaq atəş Qarabbağ separatizminin çürüyən orqanizmini xilas edə bilmir.

Paşinyan üçün insanları zorla səfərbər edib müharibəyə yollamaq çətindir. Hansı ki, 90-cı illərdə bu sxemi o vaxtkı müdafiə naziri, sonradan parlamentdə güllələnən Vazgen Sərkisyan fəal tətbiq edirdi və 1992-ci ildə Azərbaycan ordusunun hücumunu dayandıraraq erməni ordusunun uğurunu təmin edə bilmişdi.

Bu müharibədə isə erməni generaliteti düzənlik Qarabağda dərin eşalonlaşdırılmış müdafiə xəttinə böyük ümidlər bəsləyirdi. Hesab edirdi ki, Azərbaycan ordusu bu eşalonlarda ilişib qalacaq və fəal hücum axsayacaq. Ancaq Azərbaycan əsgərinin misli görünməmiş şücaəti və cəsurluğu Tonoyanın generallarının planlarını sındırdı, necə ki, 2016-cı ilin aprelində məşhur “Ohanyan xətti”ni də darmadağın etmişdi.

Ermənistan sevgi inqilabının bəhrəsini görür

Erməni ordusu məğlubiyyətə məhkumdur. İndiki Ermənistan hakimiyyəti heç partizan müharibəsi də təşkil edə bilməz. Qarabağdakı ermənilərin mütləq əksəriyyəti Yerevana qaçıb. Bütün hərbi infrastrukturu dağılıb. İndi Ermənistan Azərbaycanın yaxşı hazırlanmış nizami ordusu ilə qarşı-qarşıyadır. Onun ordusu isə artıq yoxdur. Uzun cəbhə xətti boyu ancaq pis təşkil olunmuş və zəif silahlanmış batalyonlar qalıb. Silah-sursat ehtiyatı tükənir. Ermənistanla sərhəd ölkələr, o cümlədən İran öz hava məkanını silah tranziti üçün bağlayıb. Bundan əlavə koronaböhran və daxili oliqarxik müharibələrlə sarsılmış erməni iqtisadiyyatı da can verir.

Paşinyan hökumətinin indi hansı yolu qalır? Bu məqaləni redaksiyamıza hökumət mənbələrindən daxil olan vacib informasiya ilə bitirirəm. Paşinyan vasitəçilər üzərindən İlham Əliyevdən atəşkəs xahiş edib. Ermənistan hökuməti Azərbaycanla Qarabağa dair İlham Əliyevin qoyduğu şərtlərlə danışıqlara başlamağa hazırdır.

Paşinyan Qarabağı itirib, indi o, Ermənistanı xilas etməlidir...

/Virtualaz.org


Geri qayıt