Əsas Səhifə > Slayd > Mehriban Əliyevadan Kəlbəcərlə bağlı

Mehriban Əliyevadan Kəlbəcərlə bağlı


25-11-2020, 14:26

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi | KONKRET

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

"AzerTaym.az" bildirir ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin!

Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”


Geri qayıt