Əsas Səhifə > Slayd > VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZİN YENİ SİYAHISI
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZİN YENİ SİYAHISI21-12-2020, 18:49 |
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən Müharibəsində şəhid olan hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2 802 nəfərin fotoları, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb. Bu barədə Nazirlikdən məlumat verilib. "Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.
Geri qayıt |