Əsas Səhifə > Slayd > Bahalı inzibati binların tikintisi təxirə salınsın - Deputatdan
Bahalı inzibati binların tikintisi təxirə salınsın - Deputatdan19-01-2021, 13:06 |
Prezident İlham Əliyev sonuncu müşavirədə çıxışı zamanı dövlət büdcəsindən xərclənən vəsaitlərə nəzarətin vacibliyini vurğulayıb:
Qeyd edək ki, 120 milyon dollara başa gələcək “Azərsu” binasının, 414 mln. 237,659 min dollara başa gələn SOCAR-ın binaları da bu qəbildəndir...
"AzerTaym.az" xəbər verib ki,Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, indiki məqamda izafi xərclərə yer verilə bilməz:
“Heydər Əliyev prospekti boyunca yeni və əzəmətli binalar ucaldılıb. Bu binların ərsəyə gəlməsinə çox böyük həcmdə vəsaitlər sərf edilir. SOCAR-ın binasından başlamış prospekt boyunca yeni binalar bir-birini əvəzləyir. Azərbaycanın inkişaf etməsi, müasirləşməsi hamımızın arzusudur. Amma indiki məqamda biz bütün gücümüzü işğaldan azad edilmiş ərazilərimizə yönləndirməliyik. Nəzərə almaq lazımdır ki, Qarabağda infrastruktur sıfırdan yaradılacaq, bunun üçün isə böyük vəsait sərf olunmalıdır. Ən azı 4-5 il lazımdır ki, bu ərazilər yaşayış üçün lazımi vəziyyətə gətirilsin”.
Deputat bu cür inzibati binların tikintisinin müəyyən müddətə təxirə salınmasını təklif edib:
“Əlbəttə, əzəmətli binların tikilməsi də vacibdir. Dünyanın böyük dövlətlərində, Türkiyədə, ABŞ-da, Dubayda belə binlar çoxdur. Amma indi yox, bizim ehtiyaclı şəhid ailələrimiz, qazilərimiz, dirçəlişini gözləyən Qarabağımız var. Bu məsələlər həll ediləndən sonra binlar yenə də tikilsin. Bu binalar ya dövlət büdcəsi hesabına, yaxud da kreditlər hesabına tikilir. Amma istənilən halda həmin vəsait Azərbaycanındır, dəxli yoxdur büdcədən ayrılır, yaxud kreditlə həyata keçirilir. Məsləhət görərdim ki, bahalı inzibati binların tikintisi üçün nəzərdə tutulmuş pulları məhz işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldək. İnfrastruktur qurulmalı, yollar çəkilməli, evlər tikilməlidir. Qarabağın yenidən qurulması elə bir səviyyədə reallaşdırılmalıdır ki, Vətən müharibəsindəki qələbənin davamı olsun. Biz Qarabağı dirçəltməklə qələbəmizi tamamlamalıyıq”. Geri qayıt |