Əsas Səhifə > Slayd > Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir

Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir


22-02-2021, 17:41

Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir - Politoloq

"Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi son müsahibədə deyib ki, Rusiya sərhədçiləri Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başlayıblar. Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq. Demək, bu məqsədlə Azərbaycanla sərhəddə yaxın ərazidə kazarmalar tikiləcək".

 "AzerTaym.az" bildirir ki, bu barədə politoloq Elxan şahinoğlu bildirib.

Onun sözlərinə görə, bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib:

 

"Rusiya Ermənistanın Azərbaycanla sərhədini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar. Biz də öz tərəfimizdən sərhəddimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhəddimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhəddi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur".


Geri qayıt