Əsas Səhifə > Slayd > Yunis Səfərova ÖMÜRLÜK cəza istənildi

Yunis Səfərova ÖMÜRLÜK cəza istənildi


30-03-2021, 20:33

Yunis Səfərova ömürlük cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

  Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif edib. “Qafqazinfo”


Geri qayıt