Əsas Səhifə > Slayd > “29 minlik traktoru 49 minə sənədləşdiriblər” – İqbal Ağazadə

“29 minlik traktoru 49 minə sənədləşdiriblər” – İqbal Ağazadə


7-04-2021, 15:19

“29 minlik traktoru 49 minə sənədləşdiriblər” – İqbal Ağazadə korrupsiya faktını ifşa etdi

Yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı araşdırmamızı təqdim edəcəyik. Çox böyük rüşvət və korrupsiyanın içindədirlər. Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edirəm, araşdırma aparılsın”.

“AzerTaym.az" bildirir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

"Fermerlərdən soruşsunlar ki, nazirlik inəyin qiymətini nə qədər yazıb? Maraqlanın görün o heyvanın bazarda qiyməti neçəyədir? Gəncədə istehsal olunan Belarus traktorlarını iş adamlarına 82 500 manata verilir, yəni 49 min dollara. Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer. Traktorun bazar qiyməti 29 min dollardır. Gübrənin bir kisəsi bazarda 18-20 manatdır, amma bunlar 50 manatdan sənədləşdirirlər. Kimlərin monopoliyasındadır? Şirətlərin adlarını deyək? - İ.Ağazadə bildirib. 


Geri qayıt