Əsas Səhifə > Slayd > Azərbaycanlı iş adamı keçmiş arvadına 186 MİLYON

Azərbaycanlı iş adamı keçmiş arvadına 186 MİLYON


17-07-2021, 11:08

Azərbaycanlı iş adamı keçmiş arvadına 186 milyon ödəyəcək

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsi yekunlaşıb.

 Axsam.az “Bloomberg”ə istinadən xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar (135 milyon funt sterlinq) təzminat ödəməyə razı olub.

Tatyana 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədər olan təzminatı nəğd və incəsənət əsərləri qismində qəbul edib.

Qərara əsasən, 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası “Luna” Fərhad Əhmədovda qalacaq. 


Geri qayıt