Əsas Səhifə > Slayd > “Plan hazır idi, ərazilər azad ediləcəkdi, amma...”

“Plan hazır idi, ərazilər azad ediləcəkdi, amma...”


18-07-2021, 19:43

“Plan hazır idi, ərazilər azad ediləcəkdi, amma...” - Saakaşvilidən ŞOK İDDİA

Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili ABŞ-ın Donbası Rusiyanın işğalından azad etmək planı barədə danışıb.

Yenisabah.az xəbər verir ki, Saakaşvili ABŞ Mərkəzi Komandanlığının keçmiş rəisi, general Devid Petreusun belə bir planının olduğunu iddia edib.

O, amerikalı generalın Donetski azad etmək üçün plan hazırladığını və Ukraynanı şəhərə hücum etməyə çağırdığını bildirib. Onun sözlərinə görə, bu plan 2014-cü ildə irəli sürülüb.

Saakaşvilinin dediyinə görə, Petreus Ukraynanın bu hücumun öhdəsindən gələ biləcəyini bildirərək, Donetskin geri qaytarılmasında israr edib. Eks-prezident onu “Əfqanıstan və İraq savaşlarının qalibi və ən görkəmli modern general” adlandırıb.

Mixail Saakaşvili ABŞ generalının planı barədə keçmiş prezident Petro Poroşenkoya məlumat verdiyini, amma qarşı tərəfin buna heç bir reaksiya vermədiyini iddia edib. Keçmiş dövlət başçısı ilə telefon danışığında onunla Amerika hərbçilərinin təklifini müzakirə etməyə çalışıb, amma Poroşenko söhbətdən yayınıb. /Teleqraf


Geri qayıt